Deputatlıq arzusunda olanların sayı 743-ə çatdı
Bizi izləyin

Nida.az

Deputatlıq arzusunda olanların sayı 743-ə çatdı

Milli Məclisə noyabrın 1-nə təyin olunmuş seçkilərdə iştirak etmək üçün 743 nəfər namizədliyini irəli sürüb.

Bu barədə Publika.az-a Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.

Onun sözlərinə görə, 743 nəfərdən 369-nun namizədliyi siyasi partiyalar, 29-u “Azadlıq-2015” seçki bloku, 2-si təşəbbüs qrupu və 343 nəfərin namizədliyi isə fərdi qaydada irəli sürülüb.

Ş.Əsədli deyib ki, müraciət edən şəxslərdən 558 nəfərin namizədliyi deputatlığa irəli sürülməsi üçün MSK tərəfindən təsdiq edilib: “Artıq 558 nəfərdən 469-u imza vərəqəsi alıb. İmza vərəqəsi alan şəxslərin 30-u isə vərəqələri geri qaytarıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm