
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizama salınması
üçün bir vasitəçi olaraq çalışır”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya
Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya
Zaxarova deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağdakı vəziyyət Rusiyanı narahat
edir: “Rusiya münaqişəni nizama salınması prosesinə cəlb olunub və
deyərdim ki, biz çox məsuliyyətliyik. Buna əsaslanaraq deyə bilərik
ki, münaqişənin tezliklə həlli üçün lazım olan hər şeyi
edəcəyik”.
Rusiya XİN nümayəndəsi Azərbaycanın Rusiyanın yaxın tərəfdaşı
olduğuna da diqqət çəkib.
Asif