İngilis lordları ad günlərini azərbaycanlı qaçqınlarla qeyd edəcək - Kampaniya
Bizi izləyin

Nida.az

İngilis lordları ad günlərini azərbaycanlı qaçqınlarla qeyd edəcək - Kampaniya

İngilis lordları ad günlərini azərbaycanlı qaçqınlarla qeyd edəcək - Kampaniya

Londonda Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə təşkil olunmuş “Many Happy Returns”(MHR) adlı kampaniyanın təqdimat mərasimi keçirilib. Bu innovativ konsepsiyanın məqsədi Böyük Britaniya Parlamentdəki deputatlar və zadəganların hər birinə ad günü münasibətilə təbrik açıqcalarının göndərilməsidir. Onların hər biri 1 million azərbaycanlı məcburi köçkün və qaçqınlardan biri ilə cütləşdirilib.

Publika.Az xəbər verir ki, açıqcanın üzərində “Many Happy Returns” deyə ingilis sayağı təbrik mesajı yazılıb ki, bu eyni zamanda öz doğma ocaqlarına qayıtmaq istəyən insanların da arzularının həyata keçməsi üçün edilən duadır. Hər bir açıqcanın üzərində kartın ünvanlandığı şəxslə eyni gündə anadan olmuş qaçqın və ya məcburi köçkünün məşhur alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilmiş fotosu və şəxsi mesajı yerləşdirilib.

Təbrik açıqcaları aşağıdakı web ünvanda yerləşdirilib və bu ideyanı dəstəkləyənlər keçid vasitəsilə qeydiyyatdan keçib Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat əldə edib, qaçqın və məcburi köçkünlərin acı taleyi ilə tanış ola bilərlər: www.manyhappyreturnsIDP.com. Qeyd edək ki, Avropa Azərbaycan Cəmiyyətinin Avropanın müxtəlif ölkələrində yerləşən nümayəndəlikləri bu konsepsiyanın yayılmasında yaxından iştirak edəcəklər.

Publika.A

Oxumağa davam et
Reklam
Reklam

Gündəm