Zeynəb Xanlarova deputatlığa namizədliyini irəli sürdü
Bizi izləyin

Nida.az

Zeynəb Xanlarova deputatlığa namizədliyini irəli sürdü

Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarova 50 saylı Abşeron-Qobustan seçki dairəsindən yenidən deputatlığa namizədliyini irəli sürüb.

Bu barədə Publika.az-a açıqlamasında 50 saylı Abşeron-Qobustan seçki dairəsinin sədri Rafəddin Nağdəliyev məlumat verib.

R.Nağdəliyev deyib ki, Z.Xanlarova müstəqil şəkildə deputatlığa namizəd olmaq üçün ötən gün 50 saylı Abşeron-Qobustan seçki dairəsinə müraciət edib. Onun sözlərinə görə, bu il noyabrın 1-nə təyin olunan Milli Məclisə növbəti seçkilərdə deputatlığa namizəd olmaq üçün 50 saylı Abşeron-Qobustan seçki dairəsinə indiyədək 8 nəfər müraciət edib ki, onlardan da 5-nə artıq imza vərəqi verilib.

Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) 50 saylı Abşeron-Qobustan seçki dairəsindən namizəd irəli sürməyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm