Azərbaycana sığınan erməni: “Ermənistan müharibədə iflas edəcək”
Bizi izləyin

Nida.az

Azərbaycana sığınan erməni: “Ermənistan müharibədə iflas edəcək”

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycandan siyasi sığınacaq istəyən erməni müxalifətçi Vaan Emilyeviç Martirosyanın mətbuat konfransı olub.

Vaan Martirosyan bildirib ki, Azərbaycana gələndə ailəsini və onu xoş qarşılayıblar. Erməni müxalifətçisinin sözlərinə görə, ailəsinə və ona edilən bütün basqınlar Sarkisyan rejiminə qarşı mübarizə aparmasının nəticəsidir: “Apardığım işlər nəticəsində mənə qarşı hücumlar artdı. Avqustun 14-də ailəmə hücum çəkdilər və yoldaşımı döydülər. O, uşağını itirdi və bununla bağlı həkimə müraciət etdik. Lakin həkimlər arayış verməkdən imtina etdi. Bundan sonra qərara gəldim ki, belə bir rejimin təzyiqi altında yaşamaq mümkün deyil. Sarkisyan rejimi bu gün Ermənistanı çox bərbad vəziyyətə salıb. Sarkisyan öz hakimiyyətini saxlamaq üçün bu gün milyonlarla dollar rüşvət verməyə hazırdır. Azərbaycana gəlməyim məqsədli şəkildə oldu. Çünki Azərbaycan KİV-lərindən başqa heç bir ölkə Sarkisyan rejimi barədə həqiqətləri olduğu kimi çatdırmayacaq. Bura gəldikdən sonra mühafizəçilər olmadan şəhəri gəzmişəm. Azərbaycanın tarixi barədə Ermənistanda deyirlər ki, Azərbaycanın tarixi cəmi 100 ildir. Ancaq mən Qız qalasını gördüm və tarixinizin qədim olduğunu anladım”.

Martirosyan hazırda Ermənistanda korrupsiyanın dəhşətli vüsət aldığını bildirib: “Rüşvət o qədər geniş yayılıb ki, bir neçə yüz dollara avtomat almaq mümkündür. Müdafiə Nazirliyi başdan ayağa korrupsiyaya bulaşıb”.

Müxalifətçi bildirib ki, heç kim müharibə istəmir: “Müharibə faciədir. Ermənistan ordusu bərbad vəziyyətdədir. Gücü yoxdur. Orduda xidmət edənlərdə vətənpərvərlik yoxdur. İtkilərimiz artır. Hamımız bilirik ki, bu müharibə Ermənistanın iflası ilə bitəcək”.

Mertirosyan Qarabağa Suriyadan və İraqdan 20 mindən çox erməni köçürüldüyünü də təsdiq edib: “Eyni zamanda Dağlıq Qarabağda terrorçu qruplaşmalar var. Narkotrafik Dağlıq Qarabağda böyük həcmdədir. Hətta orada böyük narkotik plantasiyaları salınıb. Təsəvvür edilmədiyi qədər Dağlıq Qarabağda narkotik yetişdirilir, həm də tranzit kimi istifadə olunur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm