• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əli Kərimlinin ən yaxın adamı ona qarşı çıxdı – ŞOK AÇIQLAMA

  • Nida.az
  • 18 Sentyabr 2015 14:08
  • 462 Baxış
Əli Kərimlinin ən yaxın adamı ona qarşı çıxdı – ŞOK AÇIQLAMA

AXCP Rəyasət Heyətinin üzvü, Əli Kərimlinin ən yaxın adamlarından olan Sahib Kərimli şok açıqlama yayıb.

Publika.az xəbər verir ki, S. Kərimli “facebook” səhifəsində yazıb:

"AXCP sədrliyinə namizədliyimi elan edirəm. Hamının olduğu kimi Əli bəyin də zəif tərəfləri var. Demokratiyanın verdiyi fürsətlərdən yararlanaraq, siyasi mədəniyyət və əxlaq çərçivəsində Əli bəylə yarışmaq istəyirəm. Mən 16 yaşımdan cəbhəçiyəm, 25 illik siyasi fəaliyyətim var, məhbus həyatı yaşamışam, tanıyan dostlar azad adam kimi xarakterizə edirlər. Heç kim uzağa gedən nəticələr çıxarmasın. Mən qurultaydan sonra sıravi cəbhəçi olaraq qalacam. Partiya daxilində sədri tənqid etmə ənənəsini mən möhkəmlətmişəm. Yuxarı və orta səviyyəli funksionerlər yaxşı bilirlər ki, sədrin yaxın ətrafının partiya daxilindəki pozuculuq fəaliyyəti illərdir hədəfimdədir. Hörmətli sədri də onları himayə etdiyi üçün, partiya idarəetməsində kollegiyallığın qrup oyunları ilə əvəzlənməsinə imkan tanıdığı üçün dostcasına tənqid etmişəm. Sədrliyə namizəd olmağıma düşmən münasibət gözləmirəm, rahatam. Qələbə şansım azdır, amma pozitiv işlər görəcəyimə inanıram. Fərqli düşüncəm var və bunu illərdir ifadə edirəm. Partiya ideoloji boşluqdadır. Maraqlı müzakirələr açıla bilər. Tənqidlərim kollegial idarəetməni təşviq edəcək. Əli bəyin demokratlığına və tolerantlığına şübhə edənlər az deyil. Mənə danışma və yarışma imkanı tanınsa, bundan da pozitiv yararlanma imkanı olacaq. Ən başlıcası demokratik seçki vərdişlərinə yiyələnmək üçün fürsət yaranacaq”.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR