• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Martirosyan: “Qarabağ erməniləri Azərbaycana birləşmək istəyir”

  • Nida.az
  • 18 Sentyabr 2015 14:01
  • 1 264 Baxış
Martirosyan: “Qarabağ erməniləri Azərbaycana birləşmək istəyir”

Dağlıq Qarabağın erməni icması Azərbaycana birləşmək istəyir.


Publika.az xəbər verir ki, bu barədə Azərbaycana sığınan Ermənistanın “Milli Azadlıq Hərəkatı” ictimai birliyinin sədri Vaan Martirosyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda referendum keçirilsə və Bako Saakyan və Serj Sarkisyan buna müdaxilə etməsə, əhali böyük istəklə Azərbaycana birləşməyin tərəfdarıdır.

Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyətdən danışan V. Martirosyan bildirib ki, orada əhali yoxdur: “Olanlar da yavaş-yavaş evlərini tərk edirlər. Şuşa şəhərinə milyonlarla dollar pul xərcləyiblər, amma şəhərdə adam yoxdur. Orada yaşayanların əksəriyyəti ya azyaşlı, ya da qocalardır. Gənclərin hamısı tərk edib. Axşam saatlarında Xankəndidə gəzsəniz, görəcəksiniz ki, yaşayış binalarında bir dənə də işıq yanmır. Bu münaqişə Sarkisyan rejiminin marağındadır. Onlar erməniləri sevmirlər”.

O, erməni xalqının səfalət içində yaşamasını istəmədiyini, mövcud rejimi qəbul etmədiyini açıqlayıb: “Mən vətənimi sevirəm. Ermənistanda insanlar hansısa Afrika ölkəsindən daha pis yaşayır. Yalnız İrəvanın mərkəzi küçəsində görüntü naminə ofislər var, iş gedir, otellər mövcuddur. Bir kilometr kənarlaşdıqda isə görürsən ki, insanlar acdılar. Dağılmış binalar var. Ən kasıblar isə Dağlıq Qarabağ veteranlarıdır. Ermənistanda iş tapanda buna möcüzə kimi baxırlar. 80 dollar pensiya verilir və bununla cəmi iki dəfə marketə girmək olar. Mənim nənəm vəzifədə işləyib, 100 dollar pensiya alır. Ona oliqarx kimi baxırlar. Kiməsə yardım yoxdursa, o, yaşaya bilməz. Hər yerdə korrupsiya, rüşvət hökm sürür. Mən BMT və beynəlxalq Qızıl Xaç Cəmiyyətinə müraciət etmişəm. Xahiş edirəm ki, Ermənistanla əlaqə saxlasınlar. Mənim orada anam qalıb, həyat yoldaşımın ailəsi də orada yaşayır. Onların vəziyyətinin necə olduğunu bilmək istəyirəm”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR