ABŞ səfiri kimlərə təlimat verir?
Bizi izləyin

Nida.az

ABŞ səfiri kimlərə təlimat verir?

ABŞ səfiri kimlərə təlimat verir?

Xəbər verildiyi kimi, Meydan TV-nin əməkdaşı Şirin Abbasov sentyabrın 16-dan Baş prokurorluğun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri üzrə mübarizə şöbəsində saxlanılır. Hələlik rəsmi məlumat olmadığından Şirin Abbasovun nədən ittiham edildiyi və ya ümumən ittiham edilib-edilmədiyi bəlli deyil. Amma onun adicə hüquqi prosedura cəlb edilməsi - polis tərəfindən saxlanma xəbəri Azərbaycanda media azadlığının guya pozulması haqda kampaniya aparanlar üçün göydəndüşmə bəhanəyə çevrildi. İkicə günün içərisində xəbər Qərbin müəyyən KİV-lərinin vitrinini bəzədi, Azərbaycanı suçlamağa vərdiş edən İNGO-lar hər hadisəyə yarayan universal bəyanatlarına Şirin Abbasovun adını əlavə etməklə tirjaladılar.

Artıq sosial şəbəkələrdə Şirin Abbasovun adı keçən #‎FreeShirinAbbasov, #‎Mendejurnalistem, #‎Məndəjurnalistəm, #‎Iamalsoajournalist, #‎Ятожежурналист həştəqləri də təsis edilib.

Belə tələskənlik düşünmək üçün mövzu verir - görünür, kampaniyanın təşkilatçıları Şirin Abbasovun elədiklərinin milli qanunvericiliyə zidd olduğunu bilir və əvvəlcədən də hazırlıq görürlərmiş. Bu hazırlığn aparıldığı ünvan da bəllidir: ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın mənzili.

“Amerika səfirinin evində qəbulda idim. Cənab Sekuta Şirin Abbasovun həbsi və media azadlıqları ilə bağlı problemlərdən narahatlığını ifadə elədi. Bildirdi ki, Amerikanın bu problemə münasibəti hər zaman konqresmenlərin və rəsmilərin bəyanatlarında yer alır” - deyə kampaniyanın əsas fiqurantlarından olan Aynur İmranova sosial şəbəkədəki statusunda yazır .

Bu statusun sadə Azərbaycan dilinə çevirməsi belədir: kampaniyanın əsas fəalı müəyyən edilib, ona lazımi təlimatlar, üstəlik, vəd də verilib. Deyilib ki, siz kampaniyanızı aparın, nəinki İNGO-ların, hətta konqresmenlərin və rəsmilərin də dəstəyi, “dejurnı” bəyanatları olacaq. Vədlərə daha nələr daxil olduğu, təəssüf ki, açıqlanmır…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm