Nida.az
Azərbaycan bu ölkəyə yeni səfir təyin etdi
Azərbaycan Respublikasının Trinidad və Tobaqo Respublikasındakı səfiri Elnur Sultanov sentyabrın 17-də etimadnaməsini bu ölkənin prezidenti Antoni Karmonaya təqdim edir.
Publika.az xəbər verir ki, mərasim zamanı səfir E.Sultanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını A.Karmonaya çatdırıb. Səfir, həmçinin, Azərbaycan ilə Trinidad və Tobaqo əlaqələrinin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu və iki ölkə arasında energetika, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq üçün imkanların olduğunu diqqətə çatdırıb.
Prezident A.Karmona səfir E.Sultanova təşəkkür edərək səmimi salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib. O həmçinin, ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.
Görüş zamanı Azərbaycan ilə Trinidad və Tobaqo arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.
E.Sultanov Trinidad və Tobaqo Respublikasının xarici işləri
nazirliyinin rəsmiləri ilə bir sıra görüşlər keçirib. Görüşlər
zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi perspektivləri
ətrafında ətraflı müzakirələr aparılıb.
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı