Ərdoğan “türk-erməni dostluğu abidəsi” məhkəməsində qələbə qazandı
Bizi izləyin

Nida.az

Ərdoğan “türk-erməni dostluğu abidəsi” məhkəməsində qələbə qazandı

Türkiyə Ali Məhkəməsi Qarsdakı “İnsanlıq Abidəsi” ilə bağlı “ucube” (əcaib) deyən prezident Rəcəb Tayyib Ərdoğanın lehinə qərar qəbul edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın heykəltəraş Mehmet Aksoya 10 min lirə mənəvi təzminat ödəməsi barədə İstanbul 3-cü Hüquq Məhkəməsinin çıxardığı qərar Ali Məhkəmə tərəfindən ləğv edilib.

Məhkəmə “ucube” ifadəsinin tənqid və qiymətləndirmə ilə bağlı olduğuna qərar verib.

Xatırladaq ki, türk-erməni dostluğunun rəmzi kimi təqdim olunan "İnsanlıq abidəsi" heykəli 2008-ci ildə ucaldılmağa başlasa da, tikintisi tam başa çatmamışdı. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qarsa səfəri zamanı bələdiyyə sədri və digər rəsmilərlə görüşündə tarixi-memarlıq üslubuna zidd olan tikililərin sökülməli olduğunu bildirib. O, məlum abidənin “ucube” olduğunu bəyan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm