Dərbəndin 2000 illik yubileyi keçirilir: Polad Bülbüoğlu çıxış edəcək
Bizi izləyin

Nida.az

Dərbəndin 2000 illik yubileyi keçirilir: Polad Bülbüoğlu çıxış edəcək

Bu gün Dərbənd şəhərinin 2000 illik yubileyinə həsr olunmuş bayram tədbirlərinə start verilib.

Publika.az Rusiya KİV-nə istinadən xəbər verir ki, mərasimə Rusiya və xarici ölkələrdən 40 nümayəndə heyəti qatılacaq. 5 min insanın qatılacağı mərasimdə Azərbaycan, İran, Türkiyə, Tacikistan və digər ölkələrin səfirləri də iştirakı gözlənilir.

Bayram mərasimləri şəhərin müxtəlif yerlərində keçirilir. Mərkəzi Azadlıq meydanında isə Dağıstan xalqlarının mədəniyyət festivalı və xalça sərgisi təşkil olunub. Bayramın əsas tədbiri Dərbəndin tarixinə həsr edilmiş musiqili-teatrlaşdırılmış xronika olacaq. Bu tədbir Dərbənd qalasından başlayıb Narınqalaya qədər davam edəcək.

Mərasimdə iştirak edəcək Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu çıxış edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dərbəndin 2000 illik yubileyi münasibətilə şəhər sakinlərinə təbrik məktubu göndərib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm