Prezident İlham Əliyevdən təbrik
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyevdən təbrik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekaya təbrik məktubu göndərib.

Məktubda deyilir:

Hörmətli xanım Prezident,

Malta Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi yolunda atdığımız addımlar xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim sülh və firavanlıq arzulayıram.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm