Mediaya seçki xəbərdarlığı: namizədlərə yer ayrılması üçün nələr edilməlidir?
Bizi izləyin

Nida.az

Mediaya seçki xəbərdarlığı: namizədlərə yer ayrılması üçün nələr edilməlidir?

Noyabrın 1-də keçiriləcək parlament seçkilərində ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparması üçün şərait yaradılacaq.


Mərkəzi Seçki Komissiyasından Publika.az-a verilən məlumata görə, seçki kampaniyasında ödənişsiz efir vaxtı İctimai Televiziya və Radio Yayımları Şirkətində, dərc olunmaq üçün isə “Azərbaycan”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində yer ayrılacaq.


Adları çəkilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm