Müsavat qurultayının nəticələrinin ləğvi üçün məhkəməyə müraciət olundu
Bizi izləyin

Nida.az

Müsavat qurultayının nəticələrinin ləğvi üçün məhkəməyə müraciət olundu

Müsavat Partiyasının VIII qurultayının nəticələrinin ləğvi üçün məhkəmyə müraciət olunub.


Bu barədə Publika.az-a açıqlamasında partiyanın Suraxanı rayon təşkilatının keçmiş sədri Rövşən Dəmirli deyib.

Onun sözlərinə görə, nəticələrin ləğvi üçün öncə Ədliyyə Nazirliyinə müraciət olunub: “Qurultayın nəticələrindən narazı olan bir qrup müsavatçı qurultayın nəticələrinin ləğv olunması ilə bağlı Ədliyyə Nazirliyinə şikayət etmişdi. Lakin nazirlik buna cavab olaraq bildirmişdi ki, məhkəməyə müraciət etmək lazımdır. Biz də Binəqədi məhkəməsinə müraciət etdik”.

R.Dəmirli qeyd edib ki, məhkəmənin qərarı onları qane etməsə, digər instansiyalara müraciət edəcəklər.

Qeyd edək ki, Müsavat Partiyasının VIII qurultayında başqanlığa namizəd olan Qubad İbadoğlu seçkilərdə məğlub olduqdan sonra partiyadan kənarlaşdırılıb və Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını təsis edib. Onun tərəfdarları qurultayda saxtakarlıq edildiyini əsas gətirərək nəticələrin ləğv olunmasını tələb edirlər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm