• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İlham Əliyev Əlillərin Bərpa Mərkəzinin açılışında iştirak edib

  • Nida.az
  • 21 Sentyabr 2015 11:49
  • 315 Baxış
İlham Əliyev Əlillərin Bərpa Mərkəzinin açılışında iştirak edib

Sentyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevə mərkəzdə yaradılmış şərait barədə məlumat verdi.

Bildirildi ki, il ərzində ambulator, gündüz stasionarı və stasionar şəraitdə əlillərin reabilitasiyası və müalicəsi ilə məşğul olan mərkəz müasir tibbi avadanlıqla təchiz edilib. Binanın həyətində geniş yaşıllaşdırma işləri görülüb, xəstələrin təmiz havada gəzintisi və istirahəti üçün bütün şərait yaradılıb.

Mərkəzlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR