Əli Kərimliyə rəqib olan Sahib Kərimli: “Mənə satqın deyirlər...”
Bizi izləyin

Nida.az

Əli Kərimliyə rəqib olan Sahib Kərimli: “Mənə satqın deyirlər...”

AXCP-nin qurultayında Əli Kərimliyə alternativ olan Rəyasət Heyətinin üzvü Sahib Kərimli partiya sədrliyinə namizədliyini irəli sürdüyü üçün ona satqın damğası vurduqlarını deyib.


Publika.az xəbər verir ki, bu barədə S. Kərimli “facebook” profilində yazıb.


“Satqın deyirlər mənə. İddia qoydum, AXCP sədrliyi üçün yarışmaq istəyirəm, buna haqqım çatır, altında niyyət axtarılır. Nədən sataraq iddialı olum? Bəlkə inanaraq oluram? Özünə güvənərək? Yarışaq, özümüzü təqdim edək, fayda verək. Uduzduqsa əl sıxaq, öyrənək, öyrədək.

Bu ölkədə milli qüvvələr elə bu satqın axtarışındamı qocalacaq. Kimi kimə satırlar? Özünə güvənən, sözü olan, iddiası olan nədən azadlığını satsın? Milli olan, ölkəsinə fayda vermək istəyən iddialı adamlar, lider keyfiyyətləri olanlar satılmazlar, satın almazlar, dözümlü olarlar”, - deyə o bildirib.


S. Kərimli keçmişlə bağlı bəzi məqamlara da toxunaraq qeyd edib ki, vaxtilə bir-birinə satqın deyən adamlar çiyin-çiyinə siyasi fəaliyyət göstərirdi.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm