• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"Azərbaycan fors-majora hazır olmalıdır" - Yevda Abramov

  • Nida.az
  • 14 Mart 2014 16:37
  • 2 235 Baxış
"Azərbaycan fors-majora hazır olmalıdır" - Yevda Abramov

“Mən hökumətin hesabatına səs verəcəm. Çünki ölkə inkişaf edir. Biz bu inkişafın içindəyik. Kimsə tərifləyir, kimsə tənqid edir. Bunu özləri bilər. Amma bu inkişafı görməmək mümkün deyil”.

Publika.Az xəbər verir ki, bu barədə millət vəkili Yevda Abramov Milli Məclisin bu gün keçirilən iclasında hökumətin hesabatına münsibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, onun təmsil etdiyi rayonla bağlı qaldırdığı bütün məsələlər həllini tapır: “2013-cü ildə Azərbaycan dünyadakı kataklizimlərə rəğmən inkişaf edib. Hökumətin ünvanına deyikləsi sözlər çoxdur”.

Y. Abramov bildirib ki, Quba xalçaçılıq üzrə ixtisaslaşmış rayondur: “Amma bu gün Bakı xcalçaçılıq üzrıə daha çox inkişa fedib, nəinki Quba. Təklif edirəm ki, bu sahə inkişaf etdirilməlidir. Ölkəyə gətirilən, burdan aparılan xalçaların yoxlanılması yüngülləşdirilməlidir. Bu təzə xalçadırsa niyə bunu yoxlayırsan, şəkilini çəkirsən?Təklif edirəm ki, bu sahəyə diqqət artırılsın”.

Millət vəkili qeyd edib ki, inkişaf olan yerdə problemıər də olar: “Problemlər yalnız qəbirstanlıqda olmur. Çünki orda ölülər yatır. Azərbaycan bu gün inkişaf xəttini seçib. İnkişafımıza paxıllıq edənlər də var. Bunu qortumaq üçün biz əlbir olmalıyır, işlərimizi əlbir həyata keçirməliyik”.

Y. Abramov Rusiyada və postsovet məkanında gedən proseslərə toxunaraq bildirib ki, Azərbaycan hər şeyə hazır olmlıdır.

“Biz fors-majora da hazır olmalıyıq. Mən heç kimin pessimistliyə qapılmasını istəmirəm. Amma arxayın olmaq da olmaz. Bilmək olmaz, bəlkə bir yaydan sonra hər şey dəyişdi. Buna görə ehtiyatlı olmalı və birliyimizi qorumalıyıq”-deyə Y. Abramov diqqətə çatdırıb.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR