Müsavat Pənah Hüseynə qarşı namizəd irəli sürəcək – ÖZƏL
Bizi izləyin

Nida.az

Müsavat Pənah Hüseynə qarşı namizəd irəli sürəcək – ÖZƏL

Müsavat partiyası da Xalq Partiyasının sədri Pənah Hüseynin namizəd olduğu 63 saylı Sabirabad birinci seçki dairəsindən öz namizədini irəli sürəcək.

Bu barədə Publika.az-a açıqlamasında Pənah Hüseynin özü məlumat verib.

Onun sözlərinə görə, həmin dairədən yeddidən artıq namizəd var: “Məndə olan məlumata görə, Müsavat Partiyası da həmin dairədən namizəd irəli sürəcək. Həmçinin Ümid Partiyasının, YAP-ın, VHP-nin və digərlərinin də namizədləri var”.

P. Hüseyn onun təmsil olunduğu “Azadlıq - 2015” blokunun seçkini boykot etməsi ilə bağlı məlumatlara da münasibət bildirib: “Bununla bağlı müzakirələr gedir, lakin bu, boykotla bağlı qərarın verildiyi demək deyil. Biz öz namizədlərimizi dairələr üzrə irəli sürürük. Bu gün səhər də daha bir dairə üzrə namizədimizi verdik”.

P. Hüseyn müxalifətin eyni dairədən bir-birinə qarşı namizəd irəli sürməsinin səsləri parçalayacağını istisna etməyib.

“Lakin bu hələlik indiki mərhələdə belədir. Əsas məqsəd demokratik seçki mühitinin təmin olunmasıdır”, - deyə o bildirib.

Qeyd edək ki, Müsavat partiyasının seçkilərlə bağlı açıqladığı ilkin siyahısında P. Hüseynin namizədliyini verdiyi dairədən namizəd göstərilməyib. Lakin noyabrın 1-də keçiriləcək seçkilərə qədər bu siyahıya dəyişikliyin edilməsi istisna deyil.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm