Əli Ömərov da deputat olmaq istəyir – ÖZƏL
Bizi izləyin

Nida.az

Əli Ömərov da deputat olmaq istəyir – ÖZƏL

Azərbaycanın sabiq baş prokuroru, Yeni Azərbaycan Partiyasının üzvü Əli Ömərov deputat olmaq istəyir.

Bu barədə Publika.az-a açıqlamasında Ə.Ömərov özü məlumat verib.

Bununla yanaşı, deputatlığa namizədliyini verməklə bağlı tərəddüd etdiyini diqqətə çatdıran Ə.Ömərov Gəncə və Suraxanı ərazilərinin birini nəzərdən keçirdiyini söyləyib: “Müstəqil şəkildə namizədliyimi vermərəm. Çünki mən YAP-ın üzvüyəm. Partiyadan dəstək olmasa, seçilmək şansı da çox azdır. Digər tərəfdən isə ötən həftə YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun partiya üzvlərinin siyahıdan kənar namizədliklərini irəli sürməsi ilə bağlı fikirlərini oxudum. Ona görə də deputatlığa namizədliyimi verib-verməməklə bağlı tərəddüd edirəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm