Əfsanəvi Hollivud ulduzu: “Məni Azərbaycana Prezident İlham Əliyev dəvət edib” - FOTOLAR/VİDEO - ÖZƏL
Bizi izləyin

Nida.az

Əfsanəvi Hollivud ulduzu: “Məni Azərbaycana Prezident İlham Əliyev dəvət edib” - FOTOLAR/VİDEO - ÖZƏL

Dünyaca məşhur kino ulduzu və Aykido döyüş növü üzrə yeddinci Dan qara kəmər ustası Stiven Siqal Bakıdadır. Hollivud ulduzu Bakıda Prezident İlham Əliyevlə görüşüb.

Publika.az xəbər verir ki, Prezident İlham Əliyev ona Azərbaycanda işləməyi və yüksək dərəcəli idmançılar yetişdirməyi təklif edib. Prezidentin şəxsi təşəbbüsü ilə Azərbaycana gələn döyüş ustası bu barədə idmançılarımızla görüş zamanı bildirib. Stiven Siqal Azərbaycanda ustad dərslərinin verilməsi ilə bağlı təkliflə razılaşdığını, eyni zamanda bu əməkdaşlığın yüksək nəticə verəcəyinə əmin olduğunu deyib.

Görüş Bakı "Crystal Hall"-da baş tutub. Azərbaycan Aykido Federasiyasının bütün regional şöbələri keçirilən görüşdə məhdud sayda nümayəndə heyəti ilə iştirak edib. Yerli Aykido ustaları və onların şagirdləri ilə birgə tatami üzərinə çıxan Hollivud əfsanəsi ustad dərsi keçib. O, idmançılarımızın hazırlıq səviyyəsini də qiymətləndirib.

Seqal idmançılarımızla söhbət zamanı bildirib ki, bundan sonra onun Bakıya mütəmadi səfərləri olacaq. Görüşün sonunda Stiven Siqal hətta növbəti səfərinin noyabr ayında olacağını da vurğulayıb.

Elçin MURAD

Oxumağa davam et
Reklam
Reklam

Gündəm