Millət vəkili özəl telekanalların müdafiəsinə qalxdı
Bizi izləyin

Nida.az

Millət vəkili özəl telekanalların müdafiəsinə qalxdı

Millət vəkili özəl telekanalların müdafiəsinə qalxdı

“Qaldırdığımız məsələlərin həllini tapması bizi çox sevindidir. Bu baxımdan hökumətin hesabatının müsbət qiymətləndirməmək olmur. Lakin mən bir sıra məsələləri də diqqətinizə çatdırmaq istəyirəm. Bunlar seçildiyim Ucar rayonu və Zərdabla bağlıdır. Orda əlillərə və şəhid ailələrinə yaşayış binasının tikilməsi, kanalizasiya xətlərinin çəkilməsi vacibdir”.

Publika.Az xəbər verir ki, bu barədə millət vəkili Jalə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında hökumətin hesabatına münsibət bildirərkən deyib.

J. Əliyevə özəl telekanalların müdafiəsinə qalxıb.“Özəl televiziya kanalları tənqidlərə məruz qalır. Deyilir ki, burda əsl sənət yoxdur, şouya üstünlük verilir. Amma bilmək lazımdır ki, özəl telekanallar reklamdan və tamaşaçıdan asılıdır. Buna görə də bunu başa düşmək lazımdır və hesab edirəm ki, problemin həllini baş formada tapmaq olar”-deyə millət vəkili deyib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm