“Ermənilər kütləvi şəkildə Azərbaycana qaça bilər” – İrəvanı təşvişə salan vəziyyət
Bizi izləyin

Nida.az

“Ermənilər kütləvi şəkildə Azərbaycana qaça bilər” – İrəvanı təşvişə salan vəziyyət

“Bu gün Vaan Matirosyan kimi müxalifət liderinin özünə düşmən saydığı və müharibə şəraitində olan Azərbaycandan siyasi sığınacaq istəməsi Ermənistanın istər iqtisadi, istərsə də siyasi tənəzzülə uğradığını bir daha sübut edir”.


Bu barədə Publika.az-a açıqlamasında keçmiş təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev deyib.


Onun sözlərinə görə, V.Matirosyanın ölkədən qaçması və Azərbaycana sığınması Ermənistanın imicinə bir zərbədir: “Təsəvvür edin ki, daim iqtidar tərəfindən təqiblərə məruz qalan bu siyasətçi öz qərarını sona çatdıra bilibsə, bu artıq Ermənistan rəhbərliyini dərindən düşünməyə vadar edir”.


A.Nağıyev qeyd edib ki, Ermənistan vətəndaşlarının kütləvi şəkildə Azərbaycana gəlmək istəyi səbəb və məqsədlərindən asılı olaraq tək siyasi məsələlərlə bağlı yox, digər amillərlə, o cümlədən iqtisadi problemlərlə də bağlı ola bilər.


“Düşünürəm ki, baş verənlərdən sonra Ermənistan hakimiyyəti təmas xəttində və sərhədyanı bölgələrdə nəzarəti gücləndirəcək və xüsusi xidmət orqanları başqa iş rejiminə keçəcək. Çünki ermənilər kütləvi şəkildə əks tərəfə can ata bilərlər. Hesab edirəm ki, bu gün Ermənistan vətəndaşlarının və ya Dağlıq Qarabağda yaşayan ermənilərin həddən artıq böyük hissəsi Azərbaycanda yaşamağa üstünlük verərdilər”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm