Deputat olmaq istəyən jurnalistlərə DƏSTƏK
Bizi izləyin

Nida.az

Deputat olmaq istəyən jurnalistlərə DƏSTƏK

Parlament Jurnalistləri Birliyi (PJB) bu il noyabrın 1-nə təyin olunan Milli Məclisə növbəti seçkilərdə namizədliyini irəli sürən jurnalistlərə dəstək olacağını bəyan edib.

PJB-dən Publika.az-a daxil olan bəyanatda deyilir ki, 2015-ci il noyabrın 1-də ölkəmizdə mühüm siyasi hadisələrdən biri kimi parlament seçkiləri keçiriləcək: “Milli Məclisə seçkilərlə əlaqədar artıq bir neçə jurnalist deputatlığa namizədliyini irəli sürüb və qarşıdakı müddətdə daha bir neçə jurnalist də seçkiyə qatılmaq niyyətində olduğunu bildirib.

Bəyan edirik ki, Parlament Jurnalistləri Birliyi (PJB) təşkilat olaraq seçkilərdəə iştirak etməsə də, seçki prosesinə namizəd kimi qatılan jurnalistlərə dəstəyini ifadə edir”.

Qarşıdan gələn parlament seçkiləri ilə bağlı bəyanat yayan PJB bəyan edib ki, Milli Məclis üzvləri arasında jurnalistlərin çox olması ciddi əhəmiyyətə malıkdir:

“Biz hesab edirik ki, deputat seçiləcək jurnalistlər daha aktıv olacaqlar. Bunu deputat jurnalistlərin təcrübəsi dəfələrlə sübut edib. Jurnalistlərin məsələlərə baxışı daha obyektiv olur, hadisələr zamanı onlar daha çeviklik nümayiş etdirirlər. Ona görə də bütün gücümüzlə jurnalistlərin Milli Məclisdə daha çox yer almasını dəstəkləyəcəyik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm