• USD 1,7007 0,00% EUR 2,0209 -1,05%
    • GBP 2,2939 -0,19% RUB 0,0292 -0,34%

Prezident 3 məhkəməyə sədr təyin etdi

  • Nida.az
  • 21 Sentyabr 2015 18:34
  • 817 Baxış
Prezident 3 məhkəməyə sədr təyin etdi

Azərbaycan Respublikasının Prezidenti İlham əliyev Bakı və Şəki Apellyasiya Məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İman Məmməd oğlu Nağıyev Bakı Apellyasiya Məhkəməsinin sədri təyin edilsin.

2. Mübariz Dosməmməd oğlu Əkbərov Şəki Apellyasiya Məhkəməsinin sədri təyin edilsin.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev V.Ə.Abdullayevin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vəli Əsgər oğlu Abdullayev Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri təyin edilsin.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>