Araz Əzimov Əfqanıstana daşınan yüklərdən DANIŞDI
Bizi izləyin

Nida.az

Araz Əzimov Əfqanıstana daşınan yüklərdən DANIŞDI

Araz Əzimov Əfqanıstana daşınan yüklərdən DANIŞDI

“Azərbaycan dost ölkə olaraq Əfqanıstanla əməkdaşlıq etməyə bundan sonra da hazırdır”. Publika.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Onun sözlərinə görə, tranzit yük daşınması sahəsində Azərbaycanla mövcud olan əlaqələri Əfqanıstana kömək edəcək: "Əfqanıstanla Azərbaycan üzrə tranzit dəhlizin təmin olunması tək hərbi məqsədlərə yox, ümumilikdə təhlükəsizlik, iqtisadi inkişaf məqsədlərinə xidmət edəcək. Azərbaycan və Əfqanıstan iki suveren müstəqil dövlətdirlər, onlar bir -birini tanıyır və əməkdaşlıq, dostluq edirlər. Bu əlaqələr tarixi ənənəyə arxalanır və gələcəkdə də davam edəcək. Bundan əlavə, NATO-nun İSAF qüvvələri Əfqanıstandan çıxarılandan sonra əlbəttə ki, bu ölkədə vəziyyət dəyişiləcək. Çünki Əfqanıstan hökuməti ərazisində tam məsuliyyəti təmin edəcək, öz boynuna götürəcək”.

Nazir müavini həmçinin bildirib ki, gələn həftə Azərbaycana səfər edəcək Əfqanıstan xarici işlər naziri ilə ikitərəfli və regional səviyyədə təhlükəsizlik məsələləri, o cümlədən İSAF missiyadan sonrakı durum və perspektivlər müzakirə olunacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm