Belçika Senatının spikerindən Avropa Parlamentinə Azərbaycanla bağlı ETİRAZ
Bizi izləyin

Nida.az

Belçika Senatının spikerindən Avropa Parlamentinə Azərbaycanla bağlı ETİRAZ

Belçika Senatının fəxri spikeri Ann-Mari Lizin Avropa Parlamentinin sədri Marten Şulsa etiraz məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, Ann-Mari Lizin Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə etiraz edib.

Məktubda deyilir: "Sizinlə həm Azərbaycanda qadınlarla bağlı həyata keçirtdiyim fəaliyyət haqqında təəssüratlarımı (uzun illərdir qadın hüquqları sahəsində çalışıram), həm də Avropa Parlamentinin sonuncu qətnaməsi ilə bağlı dərin təəssüfümü bölüşmək istərdim. Azərbaycan xalqı özünü avropalı hiss etmək istəyir, lakin bizim addımlarımız onları yenidən Rusiyanın təsiri altına atır.

Bir qrup azərbaycanlı qadın ilə birlikdə Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son qətnaməsini oxudum. Tərəfdaşlar arasında olan problemlərin və məsələlərin aradan qaldırılmasının müxtəlif yolları mövcuddur. Təəssüf ki, bu qətnamə nə konstruktiv, nə də haqlı mahiyyət daşıyır. Avropa İttifaqının Şərq qonşuluğunda çoxsaylı problemlər mövcuddur və bu cür yanlış qərarlar Rusiyanın Cənubi Qafqazdakı təsirinin artdığı bir zamanda Avropa İttifaqının regiondakı gücünü azaldır.

Əgər biz müsbət bir nəticənin əldə olunmasını istəyiriksə, Azərbaycanla əlaqə vasitələrimizi açıq saxlamalıyıq: Azərbaycan və digər Şərq tərəfdaşlarımız ilə daha yaxşı dialoqa ehtiyacımız var. Azərbaycanda qadın qrupları arasında dostlarımın hakimiyyətlə heç bir əlaqəsi yoxdur, onlar qadın hüquqlarının inkişafı üçün böyük işlər görürlər. Lakin gördüyüm qədəri ilə Avropa Parlamentinin qətnaməsi Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərə mənfi təsir göstərib. Bu fakt bir çoxlarını, o cümlədən Aİ ilə daha yaxın əməkdaşlığı dəstəkləyənləri məyus edib. Bu cür cəhdlər heç bir müsbət nəticə verməyəcək".

O qeyd edib ki, Avropa Parlamenti Azərbaycanla daha yaxından dialoq qurmalıdır: "Əgər biz konkret nəticələr görmək istəyiriksə, bu proses konstruktiv şəkildə baş verməlidir.

Siz sədr olaraq dialoqun bərpası üçün düzgün təkan verə biləcək yeganə şəxssiniz. Tamamilə Rusiyanın təsiri altında olan lakin Avropa dairələri tərəfindən heç vaxt tənqid olmayan Ermənistan nümunəsi olduğu üçün, Azərbaycan özünü ikili standartların qurbanı hiss edir. Niyə biz Ermənistandakı məsələləri heç vaxt gündəmə gətirmirik, əvəzində fokusda yalnız Azərbaycan olur? Bir çox azərbaycanlı bu ikili standartı görür və bu, öz növbəsində, Aİ-nin regiondakı səylərinin mümkün müsbət təsirlərini azaldır.

Çox ümid edirəm ki, siz, sədr kimi Azərbaycanla dialoqun yenidən qurulması və məsələlərin konstruktiv şəkildə müzakirəsinə yönəlmiş addımların atılması üçün Avropa Parlamentindəki dairələrə təsir göstərəcəksiniz".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm