Mehriban Əliyevanın namizədliyi qeydə alındı
Bizi izləyin

Nida.az

Mehriban Əliyevanın namizədliyi qeydə alındı

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın deputatlığa namizədliyi rəsmi olaraq qeydə alınıb.

Publika.az Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən xəbər verir ki, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə Mehriban Əliyevanın namizədliyi 14 saylı Xəzər seçki dairəsindən qeydə alınıb.

Qeyd edək ki, Mehriban Əliyeva 2005 və 2010-cu illərdə keçirilən seçkilərə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi 14 saylı Xəzər ikinci seçki dairəsindən qatılıb. Hər iki seçkidə də yüksək səs faizləri ilə qalib olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm