Vasif Talıbovun da namizədliyi qeydə alındı
Bizi izləyin

Nida.az

Vasif Talıbovun da namizədliyi qeydə alındı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP İdarə Heyətinin üzvü Vasif Talıbovun Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb.


Publika.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saytında hakim partiyanın namizədi V. Talıbovun 1 saylı Şərur-Sədərək seçki dairəsindən qeydə alındığı bildirilir.


Qeyd edək ki, 1995-ci ilin noyabrında Milli Məclisə keçirilən seçkilərdə 1 saylı Şərur-Sədərək dairəsindən deputat seçilən Vasif Talıbov o vaxtdan indiyədək parlamentin üzvüdür. V. Talıbov 1995, 2000, 2005 və 2010-cu il deputat seçkilərində iştirak edərək qalib olub.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm