Deputatlığa namizədliyi qeydə alınmış tanınmışlar - SİYAHI
Bizi izləyin

Nida.az

Deputatlığa namizədliyi qeydə alınmış tanınmışlar - SİYAHI

Azərbaycan Respublikası Milli Məclisinə noyabrın 1-də keçiriləcək seçkilərdə deputatlığa namizədlərin qeydə alınması prosesi başlayıb.


Publika.az Mərkəzi Seçki Komissiyasının saytına istinadən deputatlığa namizədliyi rəsmən qeydə alınmış məşhur şəxsləri təqdim edir.


1. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın deputatlığa namizədliyi 14 saylı Xəzər seçki dairəsindən qeydə alınıb.

2. Naxçıvan Muxtar Respublikası Ali Məclisini sədri, YAP İdarə Heyətinin üzvü Vasif Talıbovun deputatlığa namizədliyi 1 saylı Şərur-Sədərək seçki dairəsindən qeydə alınıb.

3. Mili Məclisin üzvü Madər Musayevin deputatlığa namizədliyi 10 saylı Binəqədi üçüncü seçki dairəsindən qeydə alınıb. Bitərəfdir.

4. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Milli Məclisin üzvü Səttar Möhbalıyevin namizədliyi 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən qeydə alınıb. Bitərəfdir.

5. Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun namizədliyi 102 saylı Samux-Şəmkir seçki dairəsindən qeydə alınıb. Bitərəfdir.

6. Milli Məclisin üzvü Vahid Əhmədovun namizədliyi 52 saylı Quba seçki dairəsində qeydə alınıb. Bitərəfdir.

7. Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin namizədliyi 61 saylı Neftçala seçki dairəsində qeydə alınıb. YAP-ın namizədidir.

8. AMEA-nın Tarix İnstitutunun rəhbəri, Milli Məclisin üzvü Yaqub Mahmudov namizədliyi 113 saylı Şəki şəhər seçki dairəsindən qeydə alınıb. YAP-ın namizədidir.

9. Milli Məclisin üzvü Aydın Mirzəzadənin namizədliyi 47 saylı Mingəçevir seçki dairəsindən qeydə alınıb. YAP-ın namizədidir.

10. Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Elçin Quliyevin namizədliyi 63 saylı Sabirabad birinci seçki dairəsindən qeydə alınıb. YAP-ın namizədidir.

11. Milli Məclisin üzvü Musa Qasımlının namizədliyi 72 saylı Yardımlı-Masallı seçki dairəsindən qeydə alınıb. Bitərəfdir.

12. Milli Məclisin üzvü Novruzəli Aslanovun namizədliyi 86 saylı İsmayıllı seçki dairəsindən qeydə alınıb. Bitərəfdir.

13. Milli Məclisin üzvü Adil Əliyevin namizədliyi 20 saylı Nərimanov ikinci seçki dairəsindən qeydə alınıb. Bitərəfdir.

14. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədovun (Babaoğlu) namizədliyi 19 saylı Nərimanov birinci seçki dairəsindən qeydə alınıb. YAP-ın namizədidir.

15. Ümid Partiyasının sədri İqbal Ağazadənin namizədliyi 35 saylı Xətai üçüncü seçki dairəsindən qeydə alınıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm