Bayram Səfərov: “Avropa Parlamentinin bəzi deputatları satılıb”
Bizi izləyin

Nida.az

Bayram Səfərov: “Avropa Parlamentinin bəzi deputatları satılıb”

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” ictimai birliyinin sədri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Avropa Parlamentinin sentyabrın 10-da Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, icma rəhbəri B.Səfərov deyib ki, Avropa Parlamentinin bəzi deputatları satılmış adamlardır. Sözügedən qətnamənin qondarma qərar olduğunu vurğulayan B.Səfərov işğal olunan Azərbaycan ərazilərinə qanunsuz səfərlər edən bəzi Avropalı deputatlara da çağırış edib: “Siz satılmış deputatlarsınız, erməni lobbisinin əsirinə çevrilmisiniz. Qəbul etdiyiniz qərarlar da qanunsuzdur. Əgər haqq-ədalətdən anlayışınız olsaydı, o zaman Qarabağdan didərgin düşən azərbaycanlı qaçqınların hüquqlarını müdafiə edərdiniz, işğalçı Ermənistana qarşı çıxardınız. Ancaq Avropa Parlamenti deputatları arasında ədalətli və qərəzsiz şəxslər də var. Onlar zaman-zaman Azərbaycanın haqlı mövqeyini müdafiə ediblər”.

Avropada hökm sürən miqrant böhranına da toxunan B.Səfərov xatırladıb ki, Almaniya kansleri Angele Merkel miqrant problemi ilə bağlı ABŞ-dan kömək istəyib. 100-200 min miqrant o boyda Avropa üçün böyük problemə çevrilib. Ancaq 9 milyon əhalisi olan Azərbaycan 25 ildir ki, təkbaşına bir milyon azərbaycanlı qaçqını himayə edir, onların müdafiəsinə qalxır, işğalçı Ermənistan ilə təkbaşına mübarizə aparır. Görəsən, Avropa Azərbaycanın üzləşdiyi problemi yaşasaydı, necə olardı?”

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm