• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Sabiq ədliyyə naziri: “Minsk qrupu Ermənistana işləyir”

  • Nida.az
  • 22 Sentyabr 2015 16:36
  • 329 Baxış
Sabiq ədliyyə naziri: “Minsk qrupu Ermənistana işləyir”

“ATƏT-in Minsk qrupu Ermənistana işləyir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Ədalət partiyasının sədri, sabiq ədliyyə naziri İlyas İsmayılov bildirib.

Onun sözlərinə görə, hazırda Minsk qrupunun Ermənistana işləməsi artıq heç kəsə sirr deyil: “Vaxtilə Finlandiyanın xarici işlər naziri olmuş ATƏT-in keçmiş sədri ilə bizim görüşümüz olub. Həmin görüş zamanı danışdıq ki, qərarlar tövsiyə xarakterli olmasın, səsvermə yolu ilə qəbul edilib icra olunsun. Ancaq onlar bunu edə bilmədi. Ümumiyyətlə, mən hər zaman demişəm və indi də bəyan edirəm ki, ATƏT-in qəbul etdiyi qərarlar hüquqi xarakter daşımır, yalnız tövsiyə xarakteri daşıyır. Bu qərarlar konsensusla qəbul olunur. Vaxtilə çox çalışılıdı ki, bu dəyişilsin və səs çoxluğu ilə qəbul olunsun. Ancaq buna imkan verilmədi. Odur ki, ATƏT-in bizim başımızı aldatmasına, məsələnin tövsiyə xarakterli olmasına imkan verməməliyik. Bu gün heç kəs tövsiyəni qəbul etmir. Konkret qərarlar qəbul olunmalıdır”.

Deputat bəyan edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini BMT Təhlükəsizlik Şurasına keçirməlidir: “Çünki ATƏT-in heç bir icraedici qərar vermə fəaliyyəti yoxdur. Azərbaycan BMT Təhlükəsizlik Şurasına məsələni çıxartmalıdır. Əgər BMT Təhlükəsizlik Şurası da Dağlıq Qarabağ münaqişəsinin həllinə səy göstərməzsə, o zaman əl-ələ verib, gücümüzü toplayıb torpaqlarımızı işğaldan azad etmək üçün müharibəyə başlamalıyıq. Artıq bu proses başladılmalıdır və Ermənistan tərəfi də bunu yaxşı bilməlidir”.

Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyanın ötən gün Azərbaycana keçməsi məsələsinə də toxunan İ.İsmayılov bunun Azərbaycan dövləti üçün müsbət hal olduğunu vurğulayıb: “Martirosyan könüllü şəkildə Azərbaycana keçərək sığınacaq istədi və bildirdi ki, Ermənistanda heç kəs müharibə etmək istəmir, hamı qorxur. Azərbaycan dövləti bu məqamlardan istifadə etməlidir. Mən Martirosyanın Azərbaycana sığınmasına müsbət baxıram. Bu hadisə müsbət proseslərin başlanğıcıdır. Yəqin ki, digər ermənilər də bundan xəbər tutan kimi Azərbaycana qaçmaq istəyəcəklər”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR