İlham Əliyevdən Yunanıstan baş nazirinə təbrik
Bizi izləyin

Nida.az

İlham Əliyevdən Yunanıstan baş nazirinə təbrik

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Baş naziri Aleksis Tsiprasa təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Hörmətli cənab Baş nazir,

Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz partiyanın qələbəsi və Yunanıstan Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, ikitərəfli əlaqələrimizin, dostluq və əməkdaşlığımızın möhkəmlənməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm