TEAS xeyriyyə konsertinə sponsorluq edib
Bizi izləyin

Nida.az

TEAS xeyriyyə konsertinə sponsorluq edib

TEAS xeyriyyə konsertinə sponsorluq edib

Martın 12-də Londonda “Park Leyn” hotelində Böyük Britaniya parlamentarilərinin qatıldığı “Makmilian” adlı estrada konsertinə Avropa Azərbaycan Cəmiyyəti (TEAS) sponsorluq edib.

Qurumdan Publika.Az-a verilən xəbərə görə, “Makmilian - Xərçəng xəstələrinə dəstək” Xeyriyyə Cəmiyyəti üçün keçirilən xeyriyyə konsertində 150 min ingilis funtu məbləğində vəsait toplanıb. Bu vəsait xərçəng xəstəliyindən əziyyət çəkən insanlara xərclənəcək. İldə bir dəfə keçirilən bu xeyriyyə tədbirində həm Lordlar, həm də İcmalar Palatasının üzvləri iştirak edir.

İştirakçılar arasında Azərbaycanda səfərdə olmuş millət vəkili Mark Menzis, Şotlandiyanın keçmiş Dövlət naziri Lord Foulkes və Lord Kilkluni də var idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm