5 milyon 344 min – SEÇKİ BÜLLETENİ
Bizi izləyin

Nida.az

5 milyon 344 min – SEÇKİ BÜLLETENİ

Bu il noyabrın 1-ə təyin olunan Milli Məclisə seçkilərlə əlaqədar 5 milyon 344 min 431 ədəd büllüteyn çap olunacaq.

Publika.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məlumat verilib.

MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda noyabrın 1-ə təyin edilmiş Milli Məclisə seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası müzakirəyə çıxarılıb.

Məsələ ilə bağlı məlumat verən MSK katibi Arifə Muxtarova bildirib ki, Seçki Məcəlləsinə əsasən səsvermə gününə 35 gün qalmış seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası təsdiq edilməlidir.

Daha sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm