111 nəfərin deputatlığa namizədliyi qeydə alındı
Bizi izləyin

Nida.az

111 nəfərin deputatlığa namizədliyi qeydə alındı

“Bu il noyabrın 1-nə təyin olunan Milli Məclisə seçkilərlə bağlı deputatlığa namizədlik üçün müraciət edənlərin sayı 1283-ə çatıb”.

Publika.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məlumat verilib.

Deputatlığa namizəd olmaq istəyən şəxslərin 543-ü siyasi partiyalar, 57-si “Azadlıq-2015” siyasi bloku, 3-ü təşəbbüs qrupu, 680 nəfəri isə fərdi qaydada müraciət edib.

Bundan əlavə, müraciət edənlərdən 1127 nəfərin deputatlığa namizədliyi təsdiq olunub ki, onların da 1014 nəfəri imza vərəqəsi alıb. İmza vərəqəsi alan şəxslərin 270 nəfəri isə artıq imza vərəqəsini geri qaytarıb və onların 111-i deputatlığa namizəd kimi qeydə alınıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm