Necdət Ünüvar Azərbaycan xalqını təbrik etdi
Bizi izləyin

Nida.az

Necdət Ünüvar Azərbaycan xalqını təbrik etdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Necdət Ünüvar Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

N.Ünüvarın ofisindən Publika.az-a daxil olan təbrikdə deyilir: “Bayramlar mənəvi duyğuları ön plana çıxaran, insanları bir araya gətirən, millət olaraq dəyər verdiyimiz özəl günlərdir. Millət olaraq çətin və ağır günlər keçirdiyimiz dövrdə qeyd etdiyimiz Qurban bayramı bizə bayramın nə olduğunu nümayiş etdirir. Bayramlar həmrəylik və qardaşlıq, küslülüyə son qoyub yenidən birgə olmağın nümayişidir. Bayramlar həm də əsrlər boyu millətimizi bir-birinə qarşı qoymağa çalışan qüvvələrə ən gözəl cavab olacaq. Vətən bu torpaqlar üzərində yaşayan hər kəsin ortaq namusudur.

Fürsətdən istifadə edib, Qurban bayramı münasibətilə bütün dostlarımızı, qardaş və bacılarımızı təbrik edirəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm