Dini məzmunlu cinayətlər üzrə istintaq prokurorluq orqanlarından alınır
Bizi izləyin

Nida.az

Dini məzmunlu cinayətlər üzrə istintaq prokurorluq orqanlarından alınır

Dini məzmunlu cinayətlər üzrə istintaq prokurorluq orqanalrından alınır

Milli Məclisinin bu gün keçirilən iclasında Cinayət Prossesual Məcəlləsinə dəyişikliklər müzakirə olunub.
Publika.Az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verərək bildirib ki, məcəllənin 215.3-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, 167-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma) və 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddələr prokurorluq orqanları tərəfindən ibtidai istintaqı aparılan iş üzrə maddələr siyahısından çıxarılır.

Bununla da artıq bu hallar üzrə istintaq prokurorluq orqanları tərəfindən aparılmayacaq. Prokurorluğun səlahiyyətlərindən alınan qeyd olunan maddələr üzrə ibtidai istintaqın hansı orqan tərəfindən aparılması bu məcəllənin 215.5-ci maddəsi əsas götürülərək Azərbaycan Prezidentinin qərarından asılı olacaq.

Qeyd edək ki, Cinayət Prosessual Məcəlləsinin 215.3. maddəsinin qüvvədə olan variantına görə, ibtidai istintaq aşağıdakı hallarda prokurorluq tərəfindən aparılır: Cinayət Məcəlləsinin 100-113, 120-125, 126.3, 135-138, 145, 146, 149, 154-164, 165.2, 165-2, 165-3, 166.2, 167-168, 169-1, 179, 189-1, 190, 191, 193-1, 195, 195-1, 202-203-1, 208, 210-212, 222, 223, 262, 268, 286-288, 290-302, 304, 307-315, 316-2.1, 317, 317-1.2, 318-1, 321, 323-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə. Layihə səsə qoyularaq qəbul olunub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm