İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir - Rəsmi mövqe
Bizi izləyin

Nida.az

İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir - Rəsmi mövqe

İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir - Rəsmi mövqe

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Van şəhərində keçirilən Azərbaycan Respublikası, Türkiyə və İran İslam Respublikasının xarici işlər nazirlərinin üçtərəfli toplantısında iştirakı çərçivəsində bu gün iranlı həmkarı Cavad Zərif ilə görüşüb.

Publika.Az – a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə İran arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunmuşdur.

Həmçinin, iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Bu baxımdan qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəmi vurğulanıb. Eyni zamanda görüş zamanı Xəzər dənizinin hüquqi statusu ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan ilə İran münasibətlərinin tarixi və mədəni bağlılığı qeyd olunub. Cavad Zərif İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Həmçinin, görüş zamanı qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm