Nida.az
“Terrorçuluğa qarşı mübarizə haqqında” qanun dəyişdirildi
Milli Məclıisinin bu gün keçirilən iclasında “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna dəyişikliklər edilib.
Publika.Az xəbər verir ki, sədrin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov layihə barədə məlumat verib. Son vaxtlar dünyada gedən qlobal proseslərin və iğtişaşların Azərbaycana təsir etdiyini deyən vitse-spiker bildirib ki, bəzi məktəb və məscidlərdə, müxtəlif təşkilatlarda aqressiv dini təriqət daşıyıcılarının toplaşaraq sabit qruplar yaratması, təbliğat aparması, terrorçuluğa açıq çağırışlar səsləndirilməsi hallarına rast gəlinir.
Onun sözlərinə görə, bu kimi hallar sözügedən sənəddə ölkənin və dövlətin milli maraqlarına uyğun olaraq bəzi maddələrin sərtləşdirilməsi zəruridir: “Bu, əsasən beynəlxalq terror fəaliyyəti, terrorçuluğun maliyyələşdirilməsi, terror aksiyaları təşkil etmə, planlaşdırma, hazırlama, əhali arasında vahimə yaratmaq, bu məqsədlə media orqanlarından, internetdən, sosial şəbəkələrdən istifadə etmə hallarını əhatə edir”.
Z. Əsgərov qeyd edib ki, bu günə qədər Azərbaycan bununla
əlaqədar 15-dən artıq beynəlxalq konvensiyaya qoşulub, parlamentdə
bir sıra mühüm qanun və qərarlar qəbul edilib. Komitə sədri diqqətə
çatdırıb ki, hər-hansı bir şəkildə terror fəaliyyətində iştirak
edən şəxsin cəzalandırılması onun ətrafının, ailəsinin, bundan
əziyyət çəkən digər fiziki şəxslərin təhlükəsizliyinin təmin
edilməsi baxımından da vacibdir. Layihəyə əsasən Azərbaycanda
vəsaitin mənbəyindən asılı olmayaraq hər hansı formada muzdlu
yığma, onu maliyyələşdirmə və onlardan ölkə daxili və xaricində
istifadə etmə halı terror faktı kimi qeydə alınacaq. Qanunun 475,
672, 258 və 133-cü maddələrinə edilən bu əlavə və dəyişikliklərdə o
da bildirilir ki, vəsaitin mənbəyindən asılı olmayaraq ödənişli
muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür
maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi
əməliyyatlarda istifadə etmə terror faktı kimi qiymətləndiriləcək
və bu, Cinayət Məcəlləsinin terroru nəzərdə tutan müvafiq maddələri
ilə cəzalandırılacaq. Layihə səsə qoyularaq qəbul olunub.
Asif
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!