Niyaməddin Orduxanlı deputatlığa namizəd oldu
Bizi izləyin

Nida.az

Niyaməddin Orduxanlı deputatlığa namizəd oldu

“BAXCP İdarə Heyətinin qərarı ilə deputatlığa namizədiyim 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən irəli sürüldü. Artıq bu gün BAXCP-nin səlahiyyətli nümayəndəsi tələb olunan sənədləri 44 saylı Sumqayıt-Xızı Dairə Seçki Komissiyasına təqdim edib və sənədlərin qəbul olunması ilə bağlı arayış alıb”.

Bu barədə Publika.az-a BAXCP sədrinin siyasi və ictimai məsələr üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, bundan sonra Dairə Seçki Komissiyasının qərarını gözləyəcək: "Qanunla sənədlərə 5 gün müddətində baxılmalıdır. İmza vərəqəsi verilən günü imza toplama kampaniyasını aparacağıq. BAXCP-nin Sumqayıt şəhərində çox güclü bazası var. İnanıram ki, qısa müddət ərzində tələb olunan 500 imzanı toplayacağıq”.

Qeyd edək ki, 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən YAP-ın namizədi Əsgərov Nurlan Bəşir oğludur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm