Müdafiə Nazirliyi: Məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rejimi daşıyır
Bizi izləyin

Nida.az

Müdafiə Nazirliyi: Məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rejimi daşıyır

Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttindəki vəziyyət və Ermənistan KİV-də yayılan yalan informasiya barədə bəyanat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a daxil olan byanatda deyilir:

Ermənistanın bəzi elekton kütləvi informasiya vasitələri cəbhədəki vəziyyət, guya düşmən tərəfindən hansısa postumuzun dağıdılması və Silahlı Qüvvələrimizin itki verməsi ilə bağlı növbəti dəfə yalan məlumat yayıblar.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edir ki, bu kimi xəbərlərin heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.
Heç şübhəsiz ki, siyasi və hərbi iflasa uğramış Ermənistan hakimiyyətindəki kriminal rejim tərəfindən təkrarlanan bu kimi informasiyalar ilk növbədə cəbhədəki uğursuzluğa, canlı qüvvə sarıdan verdikləri itkilərə görə erməni ictimaiyyəti qarşısında bəraət qazanmaq, eyni zamanda həmsərhəd kəndlərdə Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdikləri cinayətləri gizlətmək məqsədi daşıyır.

Silahlı Qüvvələrimizin bölmələri Ermənistanla dövlət sərhədi boyu yerləşən daha üstün və əlverişli yüksəkliklərdəki mövqelərdən düşmənin istənilən hərbi obyektini darmadağın etmək, təmas xəttinin dərinliyində olan yaşayış məntəqələrini, kommunikasiya xətlərini tam nəzarətdə saxlamaq imkanına malikdir.

Erməni tərəfinin, xüsusilə erməni mülki əhalisinin nəzərinə bir daha çatdırmağı vacib sayırıq ki, Azərbaycan əsgəri yalnız mülki əhaliyə atəş açmamaq barədə əmr alıb. Digər hallarda hərəkət edən istənilən hərbi obyekt komandanlığın icazəsi gözlənilmədən məhv ediləcəkdir. Bu səbəbdən də istənilən hərbi məqsədli vasitələrin mülki əhalinin olduğu yaşayış məntəqələrində yerləşdirilməsinə, qarşıdurma nəticəsində dinc sakinlərə vurulan ziyana görə məsuliyyət öz əhalisini məqsədyönlü surətdə girov saxlayan Ermənistan hakimiyyətinin üzərinə düşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm