Həmsədrlər təmas xəttindəki vəziyyətlə bağlı bəyanat yaydılar
Bizi izləyin

Nida.az

Həmsədrlər təmas xəttindəki vəziyyətlə bağlı bəyanat yaydılar

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriu (Fransa) Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbəndyanla Nyu-Yorkda keçirilən görüşün yekunlarına dair bəyanat yayıblar.

Publika.az-ın məlumatına görə, bəyanatda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə birlikdə təmas xəttindəki vəziyyətin və etimadın yaradılması ilə bağlı tədbirlərin müzakirə edildiyi bildirilir. Eyni zamanda qeyd edilir ki, nazirlər bu ilin sonunadək keçirilməsi planlaşdırılan prezidentlərin növbəti görüşünə hazırlıq işlərini həmsədrlərlə davam etdirmək barədə razılıq əldə ediblər.

Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərini ATƏT-in atəşkəs rejiminin pozulması hallarının araşdırılması üzrə mexanizmini qəbul etməyə çağırırlar. Onlar son sutka ərzində əlavə itkilərə gətirib çıxaran artilleriya tətbiqini pisləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm