Elmar Məmmədyarov BMT-nin sammitində Azərbaycanın uğurlarını qeyd etdi
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov BMT-nin sammitində Azərbaycanın uğurlarını qeyd etdi

Azərbaycan ən sürətlə artan iqtisadiyyatlardan biri kimi, inkişaf sahəsində nəzərəçarpacaq nəticələrə nail ola bilib. Qlobal böhrana baxmayaraq, 2015-ci ilin birinci yarısında ölkədə iqtisadi artım 5,7 faiz təşkil edib, iqtisadiyyatın qeyri-neft sektorunda artım isə 9,2 faiz qiymətləndirilib.

Publika.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin davamlı inkişaf üzrə sammitində çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

O qeyd edib ki, Azərbaycan enerji və nəqliyyat infrastrukturlarının inkişafı üzrə layihələrin dünya bazarında ən iri oyunçulardan birinə çevrilib.

XİN rəhbəri Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin yaradılmasını xatırlatdı. O əlavə edib ki, Dövlət Agentliyinin fəaliyyəti davamlı inkişaf məqsədlərindən əksəriyyətini əhatə edir.

E.Məmmədyarov, həmçinin Heydər Əliyev Fondunun fəaliyyətinə toxunub. O bildirib ki, Heydər Əliyev Fondu son vaxtlar ərzində bir sıra sosial və humanitar proqramlar reallaşdırıb, o cümlədən dünyanın bir sıra ölkələrində inkişaf sahəsində layihələr həyata keçirib.

Nazirin sözlərinə görə, ölkə hökuməti xalqlar arasında mədəniyyətlərarası dialoq, tolerantlıq və qarşılıqlı anlaşmanın inkişafına birinci dərəcəli əhəmiyyət verir. Belə ki, Azərbaycan 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu keçirmək, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarını qəbul etmək niyyətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm