Əli Kərimli qurultaya muzdlu insanlar gətirib - İDDİA
Bizi izləyin

Nida.az

Əli Kərimli qurultaya muzdlu insanlar gətirib - İDDİA

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayına muzdlu insanlar gətirilib.

Publika.az xəbər verir ki, bu iddia ilə partiyanın Nərimanov rayon şöbəsinin keçmiş sədri Ağaşirin Tanrıverdioğlu çıxış edib.

Onun sözlərinə görə, bu barədə ona dəqiq məlumat daxil olub.

“Bu dəqiqlərdə aldığım məlumata görə, AXCP-nin Əli Kərimli qanadı qurultayın yetərsayını aldıra bilmədiyi üçün muzdlu insanlar gətirirlər. Mənbənin verdiyi məlumata görə, yetərsayın düzəlməsi üçün 76 nəfər lazımdır. Kərimli bu anlarda ağır vəziyyətdə və pis durumdadır. Nə yolla olur-olsun, yetərsayı aldırmağa çalışırlar. Gətirilən muzdlu insanlar üçün ödəniləcək maliyyə xərcini Fuad Qəhrəmanlı öz üzərinə götürüb. Əli Kərimli çalışır ki, rəqibləri məsələdən xəbər tutmasınlar”, - deyə o bildirib.

Qeyd edək ki, hazırda AXCP-nin qurultayı davam edir. Partiya rəhbərliyi qurultayda 800-dən yuxarı şəxsin iştirak etdiyini bildirir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm