AXCP-də açıq savaş başladı: Kərimlilər üz-üzə
Bizi izləyin

Nida.az

AXCP-də açıq savaş başladı: Kərimlilər üz-üzə

“Əli Kərimli mənimlə opponentlik etməkdən yayındı, hətta qurultayda söz vermək belə istəmirdilər. Sadəcə israrla söz ala bildim”.


Publika.az xəbər verir ki, bu barədə AXCP-nin dünən keçirilən qurultayında sədrliyə namizəd olan, lakin son anda namizədliyini geri çəkən Sahib Kərimli deyib.


O, qurultayla bağlı çatışmayan məqamlara toxunub: “Qurultayın keçirilməsi ilə bağlı prosedur qaydalarına və nizamnaməyə olan təkliflərim müzakirə edilmədi. Səsvermənin gizli keçirilməsi demokratiyanın əlifbasıdır, ona əməl etməkdən çəkindilər. Əli Kərimli gizli səsvermə üçün bütün hazırlıqların olduğunu ifadə etdi. Amma bunun ictimai rəyi çaşdırmaq üçün edildiyi qənaətindəyəm. Gizli səsvermə üçün iradə ortaya qoyulmalı idi və bu, olmadı. Beləliklə, namizədliyimi geri götürdüm.

Gizli səsvermə ilk növbədə Əli bəyin özünə lazım idi. Qısa çıxışımdan sonrakı nitqində, guya sədrlikdən getmək istədiyini, lakin siyasi məhbuslara görə bu fikrindən daşındığını söylədi. AXCP fürsəti qaçırdı deyə düşünürəm. Vicdanımın səsiylə doğru bildiklərimi söylədim, AXCP bundan yaxşı idarəetməyə layiqdir. Mən Əli Kərimliyə 2018-ci ilin prezident seçkilərində uğurlar arzu etdim. Həmçinin qeyd etdim ki, 2018-ci ildə siz artıq 18 ilin partiya sədri olaraq, 4 prezident və 4 parlament seçkilərində məğlub olan siyasi lideri olacaqsız və bundan sonra mən sizinlə partiya sədrliyi uğrunda açıq mübarizə aparacam”.


S. Kərimli qeyd edib ki, partiyanın heç bir seçkili orqanında təmsil olunmayacaq.


“Sıravi üzv qalacam, bu komanda və zehniyyətlə müsbət nəticələr əldə etmək mümkünsüzdür. Bu müddətdə üzərimdə işləməyə, bilgilərimi artırmağa, ortaq düşüncələrimiz olan dostları tapmağa çalışacam”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm