Fəttah Heydərov və Qüdrət Həsənquliyevin namizədlikləri qeydə alındı – SİYAHI
Bizi izləyin

Nida.az

Fəttah Heydərov və Qüdrət Həsənquliyevin namizədlikləri qeydə alındı – SİYAHI

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasından (MSK) Publika.az-a daxil olan məlumata görə, Fəttah Heydərov namizədliyini 116 saylı Qəbələ seçki dairəsindən bitərəf olaraq irəli sürüb.

Onu da bildirək ki, Fəttah Heydərov 1995, 2000, 2005 və 2010-cu illərdə keçirilən Milli Məclisə seçkilərdə iştirak edərək qalib olub. Hakim Yeni Azərbaycan Partiyası (YAP) Fəttah Heydərovun namizədliyini irəli sürdüyü dairədən heç kəsin namizədliyini verməyib.

Bundan əlavə, xalq artisti, deputat Zeynəb Xanlarovanın da namizədliyi qeydə alınıb. Xanım deputatın namizədliyi 50 saylı Abşeron-Qobustan seçki dairəsindən qeydə alınıb.

YAP 50 saylı Abşeron-Qobustan seçki dairəsindən də namizəd irəli sürməyib.

Deputatlığa namizədlikləri qeydə alınanlar arasında millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev də var. Q.Həsənquliyev 7 saylı Ordubad-Culfa seçki dairəsindən namizədliyini irəli sürüb.

Həmçinin AMEA-nın vitse-prezidenti İsa Həbibəyli, YAP-ın namizədi olan Aysel Əlizadə, Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, millət vəkili Hacı Madər Musayev, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Azərbaycan Rus İcmasının sədri, deputat Mixael Zabelin, Ümid partiyası sədrinin müavini Ramin Hacılı, millət vəkili Məlahət İbrahimqızı, deputat Asim Mollazadə, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, nəğməkar şair Vüqar Əhməd, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev və digər tanınmış şəxslərin də namizədlikləri qeydə alınıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm