Fəzail Ağamalının namizədliyi qeydə alındı
Bizi izləyin

Nida.az

Fəzail Ağamalının namizədliyi qeydə alındı

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının bu il noyabrın 1-nə təyin olunan Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədliyi qeydə alınıb.

Publika.az-ın Mərkəzi Seçki Komissiyasından (MSK) əldə etdiyi məlumata görə, F.Ağamalı Milli Məclisə seçkilərdə deputatlığa namizədliyini yenə də 60 saylı Salyan-Neftçala seçki dairəsindən irəli sürüb.

Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizəd irəli sürməyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm