Müsavatdan AXCP-yə İTTİHAM: qurultay demokratiyadan uzaqdır
Bizi izləyin

Nida.az

Müsavatdan AXCP-yə İTTİHAM: qurultay demokratiyadan uzaqdır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sentyabrın 27-də keçirilən qurultayı Müsavat-AXCP qarşıdurmasına səbəb olub.


Publika.az xəbər verir ki, Müsavat Partiyasının yetkililəri AXCP-nin qurultayını demokratiyadan uzaq adlandırıblar.


“Alternativ olmadığı üçün qurultay da maraqsız keçdi”


Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli Publika.az-a açıqlamasında AXCP-nin qurultayının sönük keçdiyini deyib: “AXCP-nin “növbətçi” qurultayı qısa zamanda başa çatıb. Sahib Kərimlinin namizəd olmaq istəyi də bu qurultaya rəng qata bilməyib. Çünki Əli Kərimli gizli səsverməyə razı olmadığı üçün, o, namizədliyini geri götürüb. Alternativ olmadığı üçün qurultay da maraqsız keçdi”.


M. Hacıbəyli buna təəssüf etdiyini bildirib: “Çox təəssüf ki, Müsavatın demokratiya dərsini əxz edə bilən təşkilat yoxdur”.


“Seçkilərin azad və ədalətliliyindən danışmaq yersizdir”


Müsavat Divanının üzvü Nemət Kərimli də Publika.az-a açıqlamasında AXCP-nin qurultayının demokratik keçirilmədiyinə diqqət çəkib: “Seçkinin azad olması üçün ən birinci şərt onun gizliliyi prinsipi, ədalətli olması üçün say komissiyasının formalaşdırma qaydasıdır. Əlbəttə, azad və ədalətli seçkidən danışdıqda bərabər, ümumi, birbaşa, təşviqat və təbliğatın maneəsiz həyata keçirilməsi şərtləri də vacibdir. AXCP qurultayında gözlənilən seçkilər buna cavab vermədiyindən onun azad və ədalətliliyindən danışmaq yersizdi”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm