• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ermənilər təmas xəttindən qaçmağa hazırlaşır – Ağdərədən REPORTAJ

  • Nida.az
  • 28 Sentyabr 2015 14:30
  • 1 780 Baxış
Ermənilər təmas xəttindən qaçmağa hazırlaşır – Ağdərədən REPORTAJ

Azərbaycan ordusunun erməni hərbi birləşmələrinin mövqelərini raket-artilleriya atəşinə tutmasından sonra təmas xəttinə yaxın Ağdərə ərazisində qeyri-qanuni yerləşdirilən əhali evlərini tərk edir.

Publika.az xəbər verir ki, “Kavkazskiy uzel”in Azərbaycanın işğal edilmiş Ağdərə rayonunun Talış və Maqadis kəndlərindən hazırladığı reportajda əhalinin qaçmağa hazırlaşdığı qeyd olunur.

Əhali 24-25 sentyabr tarixlərində şiddətli atışmalara şahid olduqlarını deyirlər. Lakin onlar etiraf edirlər ki, Azərbaycan ordusu birbaşa kəndləri, mülki əhalini hədəfə almayıb. Buna görə də kənd əhalisindən heç kim ölməyib.

Maqadis kəndinin icma rəhbəri Zaven Avanesyan bildirib: “Kəndi hədəfə almırdılar, lakin mərmilər yaxınlıqda partlayır, kəndin üzərindən uçub çaya düşürdü”.

Talış kənd sakini Nikolay Abelyan ailəsini kənddən çıxarmaq niyyətində olduğunu bildirib.

“Hər kəsdə qorxu yaranıb və heç kim müharibənin olmasını istəmir”, - deyə o bildirib.

Talış kənd icmasının rəhbəri Vilen Petrosyan isə qeyd edib ki, indiyə qədər bu cür güclü atəş səsləri eşitməyiblər: “Qarabağ müharibəsində indiyə qədər belə güclü atışma olmamışdı. Onların hədəfi hərbi postlar idi. Kənd postlardan cəmi 3 kilometrlik məsafədə yerləşir, istəsəydilər, asanlıqla evləri vura bilərdilər. Kənddə böyük qorxu var və hər kəs evlərini tərk etmək istəyir. Mən hökumətin qarşısında vəziyyət pisləşəcəyi təqdirdə qadın və uşaqların çıxarılması üçün yol açılması məsələsini qaldırmışam”.

Reportajda təmas xətti yaxınlığında qanunsuz şəkildə köçürülən ermənilərin böyük qorxu içində olduğu və evlərini tərk etməyə hazırlaşdıqları qeyd olunur.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR