İŞİD imkansızı başardı: düşmənlər eyni masaya oturacaqlar
Bizi izləyin

Nida.az

İŞİD imkansızı başardı: düşmənlər eyni masaya oturacaqlar

Rusiya, İran, ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir oktyabr ayında “Suriya Beynəlxalq Təmas Qrupu” olaraq masa arxasına əyləşə bilər.

Publika.az xəbər verir ki, bu barədə “RİA-Novosti” agentliyi diplomatik mənbələrə istinadən bildirib.

Suriyadakı vətəndaş müharibəsi, miqrant problemi, terror və İŞİD mövzularının müzakirə olunacağı təmas qrupunun tərkibi olduqca diqqət çəkicidir. Çünki diplomatik əlaqələri ən aşağı səviyyədə olan Türkiyə və Misir Suriya mövzusunda eyni masada əyləşəcəklər. Təmas qrupunun digər diqqətçəkən üzvləri isə ABŞ, Rusiya və İrandır. Qurulması nəzərdə tutulan təmas qrupunda Körfəz ölkələrindən yalnız Səudiyyə Ərəbistanı təmsil olunacaq.

Dünən isə Rusiya ABŞ-ın liderliyi ilə qurulan anti-İŞİD koalisiyasına alternativ olaraq İran, İraq və Suriyanın Bağdadda bir koordinasiya mərkəzi quracağını açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm